“Jirona”nın baş məşqçisi Miçel Anxel eyni anda iki ingilis nəhənginin maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, “Çelsi” və “Mançester Siti” 48 yaşlı mütəxəssislə əməkdaşlıq etmək istəyir.

Londonluların nümayəndələri artıq “Jirona”nın çalışdırıcısı ilə danışıqlar aparmaq üçün İspaniyaya səfər ediblər. “Zadəganlar”ın rəhbərləri hazırkı baş məşqçi Mauritsio Poçettinonun işindən tam razı deyil.

“Mançester Siti” və “Jirona”nın daxil olduğu “City Group”un rəhbərliyi Miçeli hazırkı baş məşqçi Pep Qvardiolanın mümkün əvəzləyicisi qismində görür.

Qeyd edək ki, Miçel 2021-ci ildən “Jirona”ya rəhbərlik edir. 48 yaşlı mütəxəssis daha əvvəl “Rayo Valyekano” və “Hueska”da da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest