12 Mart 2024, 17:55
FUTBOL
“Mançester Yunayted” hələ də hücumçusu Meyson Qrinvudla bağlı yekun qərarını verməyib. Matc.az xəbər verir ki, futbolçu bir neçə klubun maraq dairəsindədi.
Premyer Liqa təmsilçisi 22 yaşlı vingeri birdəfəlik satmağı planlaşdırır. Bu üzdən rəhbərlik ingilis oyunçu üçün gələcək sərfəli təklifi qəbul edə bilər. “Mançester Yunayted”in şərikli sahibi INEOS Qrinvudla bağlı danışıqlara hazırdı.
Qeyd edək ki, futbolçu hazırda icarə əsasında “Xetafe”nin formasını geyinir.