AFFA İntizam Komitəsi Premyer Liqanın XXVI turunda keçirilən iki oyunda qeydə alınmış neqativ hallarla bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, “Neftçi” ilə ev görüşündə azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilən “Kəpəz” 1000 manat cərimələnib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” matçında birincilərin 6, ikincilərin isə 4 üzvü sarı vərəqə alıb. Bu, onların 700 manat cərimələnməsinə səbəb olub.

Qarşılaşmanın 78-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan” futbolçusu Vüsal Şabanov isə 4 oyunluq cəzalandırılıb, klubu 3000 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest