12 Mart 2024, 15:54
FUTBOL
AFFA İntizam Komitəsi Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyunu ilə bağlı sərt qərar qəbul edib. Matc.az xəbər verir ki, gəncəlilərin məşqçisi Orxan Verdiyev ciddi sanksiya ilə üzləşib.
76-cı dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan mütəxəssis ardından referiyə təzyiq göstərməyə cəhd çalışıb. Bu, onun 5 oyunluq diskvalifikasiyasına, “Kəpəz”in isə 400 manat cərimələnməsinə səbəb olub.