12 Mart 2024, 16:03
FUTBOL
AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib. Matc.az xəbər verir ki, bunlardan biri Yüksək Qızlar Liqasının “Şəmkir” – “Araz-Naxçıvan” görüşündə olub.
“Şəmkir” protokolda qeyd olunmuş oyunçunun əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynadıb. “Lipa” oynatmaq şəmkirlilərin 0:3 hesablı texniki məğlubiyyətinə səbəb olub.
Futzal çempionatında isə “Record club” – “Baku Fire” görüşü birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Nəticədə “Record club”a 0:5 hesablı texniki məğlubiyyət verilib.