“Sumqayıt” klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
20 yaşlı müdafiəçi 3+1 illik yeni sözləşmə imzalayıb.
 
2022-ci ildən “Sumqayıt”ın formasını geyinən oyunçu bu vaxta qədər Premyer Liqada 16 matçda meydanda olub. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest