Belçika millisinin sabiq futbolçusu Eden Hazard karyerasını bitirməmişdən qabaq “Lill”ə qayıtmamasının səbəblərindən danışıb.
 
Matc.az xəbər verir ki, 33 yaşlı keçmiş vinger Fransa klubunu doğma adlandırıhb:
 
"Mən həmişə aydın başa düşmüşəm: “Lill” mənim komandamdır, yeganə fransız klubumdur. Özümü başqa bir Fransa komandasının formasını geyindiyimi təsəvvür edə bilməzdim.
 
Karyeramı bitirməzdən əvvəl hətta qayıtmağı da düşündüm, amma bu, çox çətin idi və mən futbola olan həvəsimi itirmişdim. Bu həm də ailəmlə bağlı idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest