12 Mart 2024, 22:00
FUTBOL
"Şanxay Portu"nun yarımmüdafiəçisi Oskar karyerasını Avropa və ya Braziliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, futbolçunun Çin təmsilçisi ilə müqaviləsi 2024-cü ilin sonuna qədərdir.
Avropa komandalarının yarımmüdafiəçini yaxından izlədiyi bildirilir və Braziliyanın "İnternasional" klubunun baş məşqçisi Eduardo Kude də öz açıqlamasında Oskarı istədiklərini bildirib:
"Yeganə hədəfimiz, imzalamağa çalışdığımız oyunçu Oskardır. Mən onu gətirmək istəyirəm.
Artıq onun məşqçisi ilə danışmışam. Rəhbərlik məndən susmağımı istədi, amma bəzən çox danışıram".