Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto” ilə qarşılaşan “Arsenal” rəqibini penaltilər seriyası ilə üstələyib. Matc.az xəbər verir ki, bununla londonlular 14 illik həsrətə son qoyub.

Belə ki, “topçular” 2010-cu ildən bəri ilk dəfə qitənin ən nüfuzlu klub turnirində 1/4 finala adlamağı bacarıb.

Qeyd edək ki, ilk görüşdə səfərdə “Porto”ya 0:1 hesabı ilə uduzan “Arsenal” cavab matçında bunun revanşını eyni hesablı qələbə ilə çıxıb. Oyunsonrası penaltilər seriyasında Premyer Liqa təmsilçisi qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest