“Porto”nun baş məşqçisi Serxio Konseysao Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu zamanı “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə arasında yaşanan qalmaqala aydınlıq gətirib. Matc.az xəbər verir ki, mütəxəssis bildirib ki, həmkarı onun ailə üzvlərini təhqir edib:

“Arteta oyun zamanı ehtiyat oyunçular skamyasına ayaxa qalxdı və ailəmi ispan dilində təhqir etdi. Ona dedim ki, təhqir etdiyi adam artıq həyatda deyil. Qoy o, komandasının məşqinin qayğısına qalsın, çünki onlar daha yaxşı oynamaq üçün kifayət qədər keyfiyyətlərə malikdilər.

Qeyd edək ki, komandalar arasında keçirilən hər iki görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. “Arsenal” yalnız oyunsonrası penaltilər seriyası sayəsində 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest