“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 finalına yüksəlmələrini şərh edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 1/8 final mərhələsində “Napoli”yə qarşı keçirilən cavab görüşünü dəyərləndirib.
O, 3:1 hesablı qələbə qazandıqları matçdakı performanslarından məmnun qalıb: “Çox şadam, əla oynadıq. Komanda hər şeyini ortaya qoydu. Bir çox məqamlarda üstünlük təşkil etdik. İrəli bir addım atmalı idik və biz bunu etdik. Dörd ildən sonra Çempionlar Liqasının 1/4 finalına yüksəldik. Zövq almağın vaxtıdı. Çoxlu haqsız tənqidlər aldıq. Bu gün komandanın Avropada yarışmağa hazır olduğu göstərildi.
Xavi Çempionlar Liqasını qazansalar belə, yayda ayrılacağını söyləyib: “Çempionlar Liqasını qazansaq belə qalmayacağam. Bu turnir gələcəyimi dəyişməyəcək. Mövsümün sonunda gedəcəyəm. Bəli, gələn mövsüm Çempionlar Liqasından həzz alacağam, amma azarkeş kimi”.
Qeyd edək ki, “Barselona” 4 ildən sonra ilk dəfə turnirin 1/4 finalına adlayıb.