13 Mart 2024, 11:29
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) futbol tarixində ən çox qələbə qazanan oyunçuları açıqlayıb. Matc.az xəbər verir ki, araşdırmaya görə, siyahıya Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı superulduz “Əl-Nəsr”in heyətində Asiya Çempionlar Liqasında “Əl-Ayn”ı 4:3 hesabı ilə məğlub etdikləri qarşılaşmada 800-cü qalibiyyətinə sevinib. 39 yaşlı forvard 800 qələbəyə çatan ilk futbolçu kimi tarixə düşüb.
Ronaldo bunların 675-ni klubda, 125-ni yığmada əldə edib.