“Napoli”nin baş məşqçisi Françesko Kaltsona Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab oyunundakı (1:3) çıxışlarını dəyərləndirib. Matc.az xəbər verir ki, 55 yaşlı mütəxəssis buraxdıqları səhvlərin həlledici olduğunu söyləyib.

“Oyunda müxtəlif mərhələlər oldu, bəzən yaxşı oynadıq, hesabı bərabərləşdirdik. Təbii ki, uduzmuşuqsa, deməli, nəsə alınmayıb. Güclü rəqibə qarşı oynamağa hazır idik, amma çox səhv etdik. Rəqibə çox boş sahə verdik, topu itirdik, səhv mövqedə başladıq və zəif müdafiə olunduq”, - deyə Kaltsona bildirib.

Çalışdırıcı bir epizodda rəqibin cərimə meydanında hücumçuları Viktor Osimxenə qarşı kobud oynanıldığını düşünür: “Həmin epizoda yenidən baxdım. Mənə elə gəlir ki, açıq penaltidi. Ekspertlərin də eyni şeyi dediyini eşitdim. Həmin epizod matçın taleyini dəyişə bilərdi”.

Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Beləliklə, “Napoli” turnirlə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest