“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında 1/4 finala yüksəlmələrini dəyərləndirib. Matc.az xəbər verir ki, londonlular 2010-cu ildən bəri ilk dəfə bu mərhələyə gəliblər.

İspaniyalı mütəxəssis bununla həsrətə son qoyduqlarını bildirib: “Çox şadam. 14 il keçdi, “Arsenal” kimi klub üçün bu, uzun müddətdi. Bu, nə qədər çətin olduğunu göstərir. Sehrli anın, nəhayət, gəlməsi üçün çox çalışmalı oldum. Stadionda inanılmaz enerji yaratmağa başlayırıq. Hamımız buna nail olmağa çalışdıq və birlikdə bacardıq”.

Qeyd edək ki, “Arsenal” 1/8 final mərhələsində “Porto”nu (0:1, 1:0) penaltilər seriyasında üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest