Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun daha bir oyununu buraxacaq. Matc.az xəbər verir ki, 26 yaşlı forvard Konfrans Liqasının 1/8 final mərhələsində PAOK-la cavab görüşündə iştirak edə bilməyəcək.

Emreli ilk matçı da buraxmalı olmuşdu. Baş məşqçi Sergey Yakiroviç cavab qarşılaşmasının iştirak ərizəsinə onun adını salmayıb. Yanvarın əvvəlində yoxlama görüşündə zədələnən Mahir bir müddət əvvəl kollektivlə məşqlərə başlayıb.

Qeyd edək ki, Zaqrebdəki ilk oyunda “Dinamo” 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü sabah baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest