13 Mart 2024, 13:02
FUTBOL
Almaniya Kuboku tarixində ilk yaşanıb. Matc.az xəbər verir ki, birinci dəfədir ki, yarımfinal mərhələsinə Bundesliqanın cəmi bir klubu yüksəlib.
Bu, çempionata da başçılıq edən “Bayer”di. Turnirdə yoluna davam edən digər iştirakçılar II liqadan “Kayzerslautern” və “Fortuna”, həmçinin III liqadan “Saarbrüken”di. Yarımfinalda “Kayzerslautern” “Saarbrüken”i, “Bayer” isə “Fortuna”nı qəbul edəcək.
Qeyd edək ki, bu mərhələnin oyunları aprelin 2-3-də keçiriləcək.