Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə cavab oyunu “Barselona”nın futbolçusu Fermin Lopes üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, qarşılaşmada hesabı açmaqla bunu bacarıb.

Belə ki, 20 yaş 306 günlüyündə fərqlənən yarımmüdafiəçi son 6 ildə turnirin pley-off mərhələsində qol vuran ən gənc “Barselona”lı olub. Sonuncu dəfə 2018-ci ilin martında Usman Dembele 20 yaşında olarkən “Çelsi”yə 3:0 hesabı ilə qalib gəldikləri matçda qol vurmuşdu.

Qeyd edək ki, ilk oyunda “Napoli” ilə heç-heçə edən (1:1) “Barselona” cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest