Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) cari mövsüm milli çempionatlarda çərçivəyə ən çox zərbə vuran klubların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, araşdırma 54 çempionatın 900 komandası arasında aparılıb.

Həmçinin Azərbaycan Premyer Liqası ilə bağlı da araşdırma aparılıb. Çempionatımızda ən yaxşı nəticə “Qarabağ”dadı. Ağdamlılar orta hesabla hər görüşdə 5,81 dəqiq zərbə vurmaqla dünya reytinqinin 39-cu pilləsində yer alır.
Dünya reytinqinə PSV başçılıq edir. Niderland klubu orta hesabla hər matçda 8,92 dəqiq zərbə vurub.
Azərbaycan Premyer Liqası klublarının nəticələri:
1. “Qarabağ” - 5,81
2. “Turan Tovuz” - 4,64
3. “Sabah” - 3,81
4. “Qəbələ” - 3,73
5. “Səbail” - 3,73
6. “Araz-Naxçıvan” - 3,57
7. “Neftçi” - 3,50
8. “Kəpəz” - 3,38
9. “Zirə” - 2,77
10. “Sumqayıt” - 2,73