FİFA tərəfindən təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində iştirak üçün Bakıya gələcək Bolqarıstan millisi problemlə üzləşib. Matc.az xəbər verir ki, adıçəkilən komandanın heyətində məcburi dəyişiklik olunub.

Belə ki, “Lüdoqorets”in yarımmüdafiəçisi Todor Nedelev yığmanın heyətindən kənarlaşdırılıb. Buna səbəb 31 yaşlı oyunçunun zədələnməsidi. Nedelevin təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, bolqarlar martın 22-də “Dalğa Arena”da Tanzaniya, üç gün sonra isə Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest