13 Mart 2024, 14:47
FUTBOL
“Mançester Yunayted” bu mövsüm icarə əsasında “Xetafe”də çıxış edən Meyson Qrinvudun transfer qiymətini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı vingerinin keçidindən 50 milyon avro gəlir götürməyi planlaşdırır.
Lakin gənc oyunçu ilə maraqlanan klubların heç biri onun üçün bu məbləği ödəməyə hazır deyil. Qrinvud uğrunda mübarizədə əsas namizədlər “Barselona”, “Xetafe” və “Atletiko” göstərilir. Hətta “qırmızı şeytanlar”ın nümayəndələri bununla bağlı “Barselona”nın idman direktoru Deko ilə də görüşüb. Lakin ispanlar məbləğdə endirim gözləyirlər.
Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm bütün turnirlərdə 26 oyunda iştirak edib, 8 qol vurub, 5 məhsuldar ötürmə verib.