“Napoli”nin prezidenti Aurelio De Laurentis gürcüstanlı hücumçu Xviça Kvaratsxeliyanın gələcəyi haqda danışıb. Matc.az xəbər verir ki, klub rəhbəri onunla bağlı transfer təklifi almadıqlarını bildirib.

De Laurentis əlavə edib ki, 2027-ci ilə qədər sözləşməsi olan forvardla sövdələşməni uzatmağı planlaşdırırlar: “Rədd edə bilməyəcəyiniz bir təklif? Bu, Kvaratsxeliyaya deyil, şəxsən mənə gəlməlidi. Xviça bizimlə daha uzun illər keçirə bilər, onunla müqaviləni uzatmaq istərdim. Bunu mövsümün sonunda müzakirə edəcəyik”.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, cari mövsüm komandanın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 10 qol, 5 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest