“Çelsi” yay transfer pəncərəsində heyətini təmizləməyi planlaşdırır. Matc.az xəbər verir ki, londonluların sahibi Todd Bouli bununla bağlı Səudiyyə Ərəbistanına səfər edib.

O, səfər zamanı ölkənin idman naziri və peşəkar liqanın futbol direktoru Maykl Emenalo ilə görüşüb. Bouli yay fasiləsində futbolçularının satışı ilə bağlı danışıqlar aparıb. Söhbət Romelu Lukaku, Kepa Arrizabalaqa, Rahim Sterlinq, Mark Kukurella, Armando Broxi və Trevo Çalobadan gedir.

Premyer Liqa təmsilçisi 105 milyon avroluq büdcə boşluğunu aradan qaldırmalıdı. Səudiyyə Ərəbistanı satış danışıqları üçün ən perspektivli variant hesab olunur. Üstəlik, London klubu artıq Nqolo Kante (“Əl-İttihad”), Xalidu Kulibali (“Əl-Hilal”) və Eduard Mendini (“Əl-Əhli”) bu ölkə klublarına satıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest