“Volfsburq”a qarşı çempionat oyunu kimi olmayacaq”. Matc.az xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında iştirak edib. O, qarşılaşmaya hazır olduqlarını söyləyib: “Qarşıdakı üç ayda sıx təqvimdə oyunlar olacaq. Amma heyətimiz yaxşıdı, futbolçularımız sabahkı görüşdə iştirak etmək gücündədi. Başa düşürük ki, “Qarabağ”la oyun asan olmayacaq. Sabah yüksək performans göstərməyə çalışacağıq. Ümid edirəm ki, müvəffəqiyyət əldə edəcəyik və hər matçda uğur qazanacağıq”.

Qeyd edək ki, sabah “BayArena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüş 2:2 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest