“Həyəcan hər oyunda var, amma avrokuboklarda daha çox olur”. Matc.az xəbər verir ki, bunu “Bayer”in müdafiəçisi Yosip Stanişiç deyib. Xorvatiyalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

“Həyəcan hər oyunda var, amma avrokuboklarda daha çox olur”. Matc.az xəbər verir ki, bunu “Bayer”in müdafiəçisi Yosip Stanişiç deyib.

Xorvatiyalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb: “Yaxşı hazırlaşmışıq və oyuna tam konsentrasiya ilə çıxacağıq. Sabah səhv etsək, düzəldə bilməyəcəyik. Bunu yaxşı bilirik. Amma ümidliyik”.

Qeyd edək ki, sabah “BayArena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüş 2:2 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest