“FİFA series – Edition 2024”da iştirak üçün Bakıya gələcək Bolqarıstan millisinin heyətində dəyişiklik olub.
 
 
Matc.az xəbər verir ki, “Lüdoqorets”in futbolçusu Todor Nedelev yığmanın heyətindən çıxarılıb.
 
O, martın 22-də Tanzaniya, üç gün sonra Azərbaycanla qarşılaşacaq milli ilə ölkəmizə gəlməyəcək. Buna 31 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub. Nedelev bir ay müddətinə sıradan çıxıb.
 
Qeyd edək ki, Nedelev millidə son oyununu 2022-ci ilin iyununda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest