13 Mart 2024, 20:24
FUTBOL
"Roma"nın sabiq baş məşqçisi Joze Mourinyo "Fənərbağça"nı idarə edə bilər.
Matc.az saytının xəbərinə görə, Türkiyə klubu ümid edir ki, komandada hücumçu Edin Dzeko və müdafiəçi Leonardo Bonuççinin olması mütəxəssisi kluba gəlməyə razı salacaq.
Daha əvvəl portuqaliyalı məşqçilik karyerasını davam etdirməyə hazır olduğunu açıqlamışdı. Hazırda İstanbul təmsilçisi 29 turdan sonra Türkiyə Superliqasında 76 xalla 2-ci pillədə qərarlaşıb.