“Bizim üçün çox vacib oyundur. Son zamanların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq. 

Matc.az xəbər verir ki, bunu Avropa Liqasının 1/8 finalının cavab matçında “Bayer”in qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis cavab matçında diqqətli olmağın vacibliyini vurğulayıb:

“Diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Bütün fikrimizi bu görüşə yönəltmişik. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə diqqətli olmalıyıq. Rəqibdən çəkinmirik, qorxmuruq demələri normaldır. Futbolda hər kəs bu ifadəni işlədir. Bu komandanın özünə inamını göstərir.

Qurbanov komandanın əsas hücumçusu haqda da danışıb:

"Juninyonun son durumu bəlli deyil. Sabah tam dəqiq bilinəcək". 

Mütəxəssis oyunun əlavə vaxta getmə ehtimalını dəyərləndirib: "Çox sıx qrafikdəyik. Biz bu gün "Bayer-04"ün son 20 gündəki qrafikinə baxsaq, 7 gündən bir oyun oynadıqlarını görərik. Son həftələrdə bizim kimi oynamağa başlayıblar. Statistikaya baxsaq, onların hazırlıq planı bizimkindən yaxşıdır. Futbolçulara deməmişəm ki, əlavə vaxt olacaq. Nadir hallarda penaltiləri məşq edirik. Keçən tur əlavə vaxtda biz uğurlu olmağı bacardıq. Biz 90 dəqiqəyə motivasiya olub çıxırıq. Hər şeyin 90 dəqiqədə həll olunmasını istəyirəm.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest