“Artıq rəqibin bütün oyunçularını gözəl tanıyırıq. Onların taktikalarını, individual hazırlıqlarını yaxşı bilirik”.

“Sabah bizi yaxşı oyun gözləyir. Bu görüş bizim üçün çox vacibdir. Çünki sonda növbəti tur var. Təəssüf ki, ilk matçda qələbə hesabını qoruya bilmədik".

Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsinin cavab oyunu çərçivəsində "Bayer"lə oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Rusiyalı qapıçı Avropa Liqasının 1/8 finalının cavab matçında əvvəl keçirilən mətbuat konfransında komandanın şanslarından danışıb: “Məncə, cavab qarşılaşmasında da şansımız olacaq. Mərhələ adalamaq üçün sabah əlimizdən gələni edəcəyik. Şansları 50/50 dəyərləndirirəm. Bu, futboldur, 90 dəqiqə ərzində 11 futbolçu 11-nə qarşı mübarizə aparır. Az səhv edib, ələ düşən fürsətlərdən istifadə etmək lazımdır. Səhv etməyən tərəf də qalib olacaq. Sabah öz oyunumuzu oynayıb, nəticə qazanmaq istəyirik. "Bayer”i keçmək istəyirik".

Lunyov əvvələr çıxış etdiyi "Bayer"ə qarşı xüsusi motivasiya olmadığını bildirib: “Bütün oyunlara 100 faiz motivasiyalı oluram. Əlavə motivasiyaya ehtiyac yoxdur. Xüsusi bir rəqibə ehtiyac yoxdur. Şanslar barədə danışsaq. Həmişə əlimdən gələni edirəm. Pley-offda rəqib güclü olur. Bu mövsümdə 4-cü dəfə “Bayer”lə qarşılaşacağıq. Artıq rəqibin bütün oyunçularını gözəl tanıyırıq. Onların taktikalarını, individual hazırlıqlarını yaxşı bilirik. Özümü digərlərindən fərqləndirməyəcəm. Komandamızın böyük avrokubok təcrübəsi var. Sabah yaxşı oyun nümayiş etdirəcəyik”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” matçı sabah saat 00:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest