Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA 4 futbolçunu fərqləndirib.

Bunlar “Arsenal”ın qapıçısı David Raya, “Atletiko”nun qolkiperi Yan Oblak, Dortmund “Borussiya”sının vingeri Ceydon Sanço və “Barselona”nın gənc müdafiəçisi Pau Kubarsidi.

Qeyd edək ki, Sanço PSV-yə qalibiyyət qolunu vurub, Raya və Oblak penaltilər seriyasında hərəyə iki zərbə dəf edib, 17 yaşlı Kubarsi isə Çempionlar Liqasındakı debüt matçında 90 dəqiqə meydanda olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest