Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko”ya məğlub olan (1:2, penaltilərlə 2:3) “İnter”in seriyası qırılıb. Matc.az xəbər verir ki, İtaliya klubunun bütün turnirlərdə 15 görüşlük məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu, həm də Simone İnzaqinin yetirmələrinin 2024-cü ildə ilk yenilgisidi. Komanda axırıncı dəfə ötən il dekabrın 21-də İtaliya Kubokunun 1/8 finalında “Bolonya”ya uduzmuşdu. Həmin vaxtdan bəri “neradzurra” 15 qarşılaşmanın 14-də qələbə qazanmış, 1-də heç-heçə etmişdi.

Qeyd edək ki, “İnter” son 13 matçının hamısında qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest