Minifutbol üzrə Azərbaycan çempionatında XIV tur başa çatıb. Matc.az xəbər verir ki, daha 4 oyun keçirilib. Bu dəfə çempionluğa iddialılar mübarizə aparıb. Hələ də xal itirməyən “Zirə” “Dinamo Gəncə”ni darmadağın edib.

Minifutbol üzrə Azərbaycan çempionatında XIV tur başa çatıb. Matc.az xəbər verir ki, daha 4 oyun keçirilib.

Bu dəfə çempionluğa iddialılar mübarizə aparıb. Hələ də xal itirməyən “Zirə” “Dinamo Gəncə”ni darmadağın edib. Son çempion “Birbaşa Bakı” da növbəti qələbəsini qazanıb.

Azərbaycan çempionatı

XIV tur

“Dinamo Gəncə” – “Zirə” 0:10

“Birbaşa Bakı” – “Galaxy Baku” 6:2

“Veteran” – “Real Bakı” 1:1

“Abşeron” – “Turan” 2:0

Turun əvvəlki oyunlarında “Odlar Yurdu” “Siyəzən”i (6:3), “İnter” “Dirçəliş”i (6:3), “Sumqayıt” “Aznur”u (5:4) məğlub edib, “Baku Fire” ilə “Atəşgah Suraxanı” (5:5) bərabərə qalıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest