14 Mart 2024, 11:08
FUTBOL
Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “İnter” üzərində qələbə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. Matc.az xəbər verir ki, argentinalı mütəxəssisin komandası rəqibini (2:1, penaltilərlə 3:2) üstələyərək, 1/4 finala adlayıb.
Bu, Simeonenin ÇL-də 50-ci qalibiyyəti olub. O, bu göstəriciyə 103 qarşılaşmada çatıb. Yalnız Aleks Ferqyuson (“Mançester Yunayted” - 102), Arsen Venger (“Arsenal” - 83) və Pep Qvardiola (“Mançester Siti” - 56) bir klubla daha çox qələbə sevinci yaşayıb.
Ümumilikdə “Atletiko” bu turnirdə 81 qələbə qazanıb.