Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”dən ayrıla bilər. Matc.az İsveç mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı forvard Stokholm klubunun gələcək planlarına daxil deyil.

Qurbanlının İsveçdə komandasını dəyişməsi istisna olunmur. Çünki Allsvenskanın digər iştirakçısı “Göteborq” onun keçidində maraqlıdı. “Göteborq” yeni mövsüm öncəsi hücum xəttindəki boşluğu doldurmaq niyyətindədi. Komanda problemin həlli üçün Qurbanlını icarəyə götürə bilər.

İsveç çempionatında 2024 mövsümü martın sonunda start götürəcək. İlk tur çərçivəsində aprelin 1-də “Göteborq”la “Yurqorden” qarşılaşacaq.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest