Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliya komandası olmayacaq. Matc.az xəbər verir ki, son olaraq “İnter” 1/8 finalda “Atletiko”ya penaltilər seriyasında məğlub olub.

Daha əvvəl isə həmin raundda “Napoli” “Barselona”ya, “Latsio” isə “Bavariya”ya uduzmuşdu. Halbuki ötən mövsüm turnirin 1/4 finalında İtaliyanın üç komandası çıxış edirdi.

Son 4 mövsümdə 3-cü dəfə İtaliyanın heç bir klubu 1/4 finala qədər irəliləyə bilməyib. Daha əvvəl 2021 və 2022-ci illərdə bu hal yaşanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest