14 Mart 2024, 11:45
FUTBOL
Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç komandanın sabiq çalışdırıcıları Ottmar Hitzfeld və Yurgen Kloppun rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, Almaniya klubu Çempionlar Liqasında 1/8 final səddini keçməklə bunu reallaşdırıb.
Terziçin komandası bu raundda PSV-yə qalib gələrək (1:1, 2:0) turnirdə mübarizəni davam etdirib. Bununla “Borussiya” Terziçin rəhbərliyi altında ikinci dəfə 1/4 finalda oynayacaq. Komanda 2020-21 mövsümündə də bunu bacarmışdı.
Ona qədər isə yalnız Hitzfeld (1995-96, 1996-97) və Klopp (2012-13, 2013/14) buna nail olub.