“İnter” tarixində ilk dəfə Çempionlar Liqasında əlavə vaxt oynayıb. Matc.az xəbər verir ki, bu, 1/8 final mərhələsində “Atletiko” ilə görüşə təsadüf edib.

Hər iki oyunda meydan sahibi minimal fərqlə (1:0, 2:1) qalib gəldiyindən, əlavə vaxt oynanılıb və penaltilər seriyasında ispanlar üstün olub. “İnter” Çempionlar Liqasının mövcud olduğu müddətdə buna qədər heç vaxt əlavə vaxt oynamamışdı.

Komanda avrokuboklarda cəmi bir dəfə bu halla üzləşib. “Neradzurra” 1972-ci ildə Avropa Kubokunun yarımfinalında “Seltik”lə hər iki matçda qolsuz bərabərə qaldığı üçün əlavə vaxta ehtiyac duyulub. Həmin vaxt “İnter” penaltilər seriyası ilə rəqibə qalib gələrək, finala adlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest