14 Mart 2024, 12:17
FUTBOL
“Neftçi”nin futbolçusu Alfa Konte Syerra Leone millisinə yollanmayacaq. Matc.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. 23 yaşlı oyunçunun formasını geyindiyi yığmanın Sudan və Botsvana ilə yoldaşlıq görüşləri baş tutmayacaq.
“Neftçi”nin futbolçusu Alfa Konte Syerra Leone millisinə yollanmayacaq. Matc.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
23 yaşlı oyunçunun formasını geyindiyi yığmanın Sudan və Botsvana ilə yoldaşlıq görüşləri baş tutmayacaq. Həmin oyunlar martın 22-də və 25-də keçirməli idi. Lakin Sudan və Botsvana həmin qarşılaşmalardan imtina edib. Bu səbəbdən Konte yığmasının düşərgəsinə yollanmayacaq.
Qeyd edək ki, Alfa Konte bu ilin yanvarından “Neftçi”də çıxış edir.