14 Mart 2024, 12:41
FUTBOL
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Moskva “Spartak”ında işləyər”. Matc.az xəbər verir ki, bunu monteneqrolu mütəxəssisin nümayəndəsi Srdjan Yeremiç deyib.
O Rusiya mətbuatına açıqlamasında bildirib ki, həmin ölkə klubundan təklif alsalar, yenidən orada fəaliyyət göstərməyə müsbət yanaşarlar: “Miodraq hazırda yalnız “Neftçi”yə köklənib. “Spartak”? Onu “Spartak”a çağırsalar, sevinərdi və dərhal gələrdi”.
Qeyd edək ki, Miodraq Bojoviç dekabrdan “Neftçi”ni çalışdırır. 55 yaşlı mütəxəssis Rusiyada “Amkar”, “Dinamo”, “Rostov”, “Lokomotiv”, “Arsenal” və “Krılya Sovetov”a rəhbərlik edib.