Premyer Liqanın XXVII turunda “Səbail”lə qarşılaşacaq “Neftçi”də zədəlilərin son durumu müəyyənləşib. Matc.az xəbər verir ki, “ağ-qaralar”ın 3 oyunçusu qarşıdakı görüşü buraxacaq. Bunlar bərpa və müalicə prosesini davam etdirən Emil Balayev, Ataa Caber və Azər Əliyevdi.
Premyer Liqanın XXVII turunda “Səbail”lə qarşılaşacaq “Neftçi”də zədəlilərin son durumu müəyyənləşib. Matc.az xəbər verir ki, “ağ-qaralar”ın 3 oyunçusu qarşıdakı görüşü buraxacaq.
Bunlar bərpa və müalicə prosesini davam etdirən Emil Balayev, Ataa Caber və Azər Əliyevdi. “Kəpəz”lə son qarşılaşmada zədələnən kapitan Emin Mahmudovun isə “Səbail” önündə iştirakı sual altındadı. Onunla bağlı qərar oyun günü veriləcək.
Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu sabah “Neftçi Arena”da keçiriləcək.