14 Mart 2024, 15:09
FUTBOL
“Puma” “Barselona”ya “Nike”dan daha sərfəli əməkdaşlıq şərtləri təklif edib. Matc.az xəbər verir ki, kataloniyalılar hazırda seçim qarşısındadı.
Hələlik “Puma” ilə ortaqlıq daha çox görünür. Bu halda kataloniyalılar müqavilə bağlamaq üçün 100 milyon avro alacaq, illik ödəniş 120 milyon olacaq. Hazırda isə “Nike” hər mövsüm üçün 85 milyon ödəyir, daha 20 milyonu bonus olaraq verilir. Üstəlik, müqaviləyə hətta “Barselona”nın müəyyən məqsədlərə çata bilməməsinə görə cərimələr də daxildi”.
“Barsa” rəhbərliyi indi “Nike”dan yeni təklif gözləyir. Şirkət əvvəlki şərtləri yaxşılaşdırmalıdı.