PSJ-nin hücumçusu Kilian Mbappe bir restoran sahibi Mohamed Hennini məhkəməyə verib. Matc.az xəbər verir ki, buna səbəb “Marsel”in azarkeşinin yeməklərdən birinə Fransa millisinin üzvünün adını verməsidi.

O, sendviçin reklamı zamanı “Mbappenin kəllə sümüyü kimi yumru çörək”, deyib. Bu isə oyunçunun xoşuna gəlməyib. Nəticədə futbolçunun nümayəndələri restoran sahibini məhkəməyə verib.

“Mbappe məni məhkəməyə verdi. O səviyyədə futbolçunun haqqımda düşünməyə vaxtı olmadığını düşünürdüm. Məni təqib etmək üçün ona vaxt lazım idi. Heç kimi incitmirəm, yumor edirəm”, - deyə Henni bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest