“Çelsi” rəhbərliyi komandanın ən problemli mövqeyi kimi müdafiənin sol cinahını hesab edir. Matc.az xəbər verir ki, Premyer Liqa klubu yayda bu boşluğu aradan qaldırmağa çalışacaq.

Paytaxt təmsilçisi artıq bir neçə namizəd də müəyyənləşdirib. Klub hazırda icarə əsasında Dortmund “Borussiya”sında çıxış edən Yan Matseni Avropa komandalarından birinə satmağı planlaşdırır. Hazırda “mavilər”in heyətində iki sol cinah müdafiəçisi var - Benjamin Kiluell və Mark Kukurella.

Qeyd edək ki, “Çelsi” hazırda İngiltərə Premyer Liqasında 11-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest