14 Mart 2024, 17:22
FUTBOL
“Mançester Yunayted”in hücumçusu Markus Reşford PSJ-nin maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, Fransa klubu İngiltərə millisinin üzvü üçün yayda qarşı tərəflə danışığa başlayacaq.
Parislilər 26 yaşlı forvardın keçidi müqabilində Premyer Liqa təmsilçisinə 75 milyon funt-sterlinq təklif etməyi planlaşdırır. Tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gəlsələr, Reşford mövsümün sonunda PSJ-nin formasını geyinəcək.
Qeyd edək ki, Markus Reşford bu mövsüm bütün turnirlərdə 34 matçda 7 qol vurub, 6 assist edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin yayına kimidi.