14 Mart 2024, 17:55
FUTBOL
“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu Premyer Liqa klublarının gündəmindədi.
Konkret olaraq “Çelsi” və “Mançester Yunayted” Fransa millisinin üzvünə ciddi maraq göstərir. Kataloniyalılar Kundedən razıdı, lakin sərfəli təklif olarsa, onu satmağa hazırdı.
Qeyd edək ki, Jül Kunde 2022-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm keçirdiyi 36 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçinin müqaviləsi 2027-ci ilin yayına kimidi.