Bu gün futzal üzrə Yüksək Liqada XVI turun oyunları keçirilib. Matc.az xəbər verir ki, bununla həm də IV dövrəyə start verilib.

Günün hər üç görüşü Bakı İdman Sarayında baş tutub. İlk matçda  "Baku Fire" evdə "Neftçi"ni qəbul edib. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. 

İkinci oyunda "Yasamal Bakı" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Rəqibinin qapısından 16 cavabsız qol keçirən Naxçıvan təmsilçisi darmadağına sevinib. 

Günə U-19 - “Record club” oyunu ilə yekun vurulub. Ötən turu buraxan "Record" bu gün də xal üzünə həsrət qalıb.

 

Yüksək Liqa

XVI tur

14 mart

“Baku Fire” – “Neftçi” İK 3:3

Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ramil Namazov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Kənan Manafov, 21:30, Tofiq Mikayılov, 24:21, Oktay Rüstəmli, 37:33 // Şoruş Heydari, 0:11, Alireza Bayat, 1:59, Amir Şojaei, 19:11

Sarı vərəqələr: Oktay Rüstəmli, 9:11 // Reza Abgoun, 9:34, Əjdər Əjdərov, 16:54, Şoruş Heydari, 30:08
 
Qırmızı vərəqə: Reza Abgoun, 19:49 (ikinci sarı)

“Yasamal Bakı” – “Araz-Naxçıvan” 0:16

Hakimlər: Ziya Nəsirov, Xəlil Xəlilov, Elgün Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Diaqo Auqusto, 6:15, Miloş Todoriç, 9:21, Lukas Romao, 11:08, 12:17, 25:58, Andre Junior, 12:46, Məhəmməd Abbasov, 20:36, 21:06, 29:32, 39:11, Həsənəli Rəhimov, 23:32, 36:50, Xəzər Ağalızadə, 24:45, Novruz Kazıxanov, 32:53, 33:30, Emil Həsənzadə, 37:55

Sarı vərəqə: Məhəmməd Abbasov, 29:22

U-19 – “Record club” 14:2

Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Kənan Məlikov

Hakim-inspektor: Elçin Səmədli 

Qollar: Rəvan Məşiyev, 3:04, 19:28, 30:06, 31:03, İlham Alıyev, 4:31, Rüfət Məmmədli, 5:35, 34:30, Oruc Aslanov, 6:32, Ümid Qəhrəmanov, 16:37, 28:40, Pünhan Qasımzadə, 18:53, 38:18, Oqtay Mahmudzadə, 32:20, Bəyoğlan Vəlizadə, 39:43 // Nahid Mirzəzadə, 21:11, Əli Axundov, 36:01 (ö/q)

Sarı vərəqələr: Əli Axundov, 26:06 // Emin Məhərrəmli, 26:59

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest