14 Mart 2024, 14:28
FUTBOL
“Sumqayıt”ın 3 futbolçusu öz ölkəsinin millisinə çağırılıb. Matc.az xəbər verir ki, müdafiəçi İsa Suliman dünya çempionatının Asiya zonası üzrə II təsnifat mərhələsi çərçivəsində 21 və 26 martda İordaniya ilə qarşılaşacaq Pakistan millisinə çağırılıb.
Hücumçu Kasimir Ninqa Afrika Millətlər Kubokunun təsnifat mərhələsində 22 və 26 martda müvafiq olaraq evdə və səfərdə Mavritaniya ilə qarşılaşacaq Çad millisinə dəvət alıb.
Yarımmüdafiəçi Tresor Mossi isə 22 və 25 martda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Madaqaskar və Botsvana ilə qarşılaşacaq Burundi millisində yer alacaq.