14 Mart 2024, 19:23
FUTBOL
"Arsenal" müdafiəçi Ben Uayt ilə müqaviləni 2028-ci ilin iyun ayına qədər uzadıb.
Matc.az xəbər verir ki, ingiltərəli futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "topçular" elitada 28 turdan sonra 64 xalla 1-ci pillədə qərarlaşıb.