14 Mart 2024, 19:49
FUTBOL
17 yaşadək qızlardan ibarət Azərbaycan futbol yığması Bolqarıstanda keçirilən Avropa çempionatının seçmə mərhələsinin 2-ci turunda Bolqarıstana məğlub olub.
Matc.az xəbər verir ki, "Hadzi Dimitar" stadionunda baş tutan qarşılaşma Bolqarıstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunda yer alan millimizin yeganə qoluna 25-ci dəqiqədə Xanım Əsədova imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti matçını martın 17-də Sloveniyaya qarşı keçirəcək.