Azərbaycanın UEFA reytinqində əmsalı və mövqeyi dəyişməyib. Matc.az xəbər verir ki, buna “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə Almaniyada 2:3 hesabı ilə məğlub olması səbəb olub.

Beləliklə, ölkəmizin cari mövsümdəki əmsalı 5,875-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 20,125-ə bərabərdi. Bununla da Azərbaycan mövsümü UEFA reytinqində 27-ci pillədə tamamlayıb.

UEFA reytinqinə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest