“Çox məyus oldum. Kədərli məğlubiyyət aldıq”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Monteneqro millisinin üzvü Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə cavab görüşündə 2:3 hesabı ilə uduzduqları matçla bağlı düşüncələrini bölüşüb.

O, Almaniya təmsilçisi ilə hər iki qarşılaşmanı yüksək səviyyədə keçirdiklərini bildirib: “Bayer”ə qarşı hər iki oyunu əla keçirdik. Təəssüf ki, bunun mükafatını mərhələ adlamaqla ala bilmədik. Qırmızı vərəqədən sonra “Bayer” kimi yüksək səviyyəli komandanın qarşısında tab gətirmək çətindi. Dəqiqələr keçdikcə də onlar təzyiqi artırdı. Yenə də əla komanda olduğumuzu göstərdik. Gələn mövsüm yenidən cəhd edəcəyik”.

Qeyd edək ki, Bakıdakı oyun 2:2 hesabı ilə yekunlaşmışdı. Ümumi hesabda 4:5 uduzan “Qarabağ” avrokuboklarla vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest